19.04.2022
Ağstafa Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirilib. Aparat üzvlərinin, idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən seminarda idarə rəisi Nurəddin Mehdiyev çıxış edərək qarşıda duran vəzifələrdən, regionda aparılan mədəniyyət və incəsənət siyasətindən, İcra Hakimiyyətləri ilə münasibətlər sisteminin müntəzəm olaraq davam etdirilməsindən, ümumrayon tədbirlərində, rayonun mədəni həyatında mədəniyyət müəssisələrinin aktiv iştirak etməsinin zəruriliyindən danışıb. İdarə rəisi həmçinin, əmək intizamına riayət edilməsinin vacibliyindən danışaraq, müəssisələrə davamlı olaraq monitorinqlər təşkil ediləcəyini bildirib. Keçirilən tədbirlərin keyfiyyəti məsələsinə toxunan idarə rəisi, yeni yanaşmadan, yeni ideyalardan danışıb, bu istiqamətdə diqqətin artırılmasını qeyd edib, həmçinin Şuşa ilinə hərs olunmuş tədbirlərə xüsusi diqqət ayırmağın, eyni zamanda “Bakı Karnavalı”na hazırlaşmağın vacibliyindən danışıb, müvafiq tövsiyə və tapşırıqlar verib.